Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? - FOTO

Azərbaycanda daha bir yeniyetmə qızı özündən 14 yaş böyük kişiyə nişanlayırlar? - FOTO

Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Miq.Az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook” hesabında paylaşım edib.

Paylaşımda nişanın bu gün saat 14:00-da Astara rayonu Rüdəkənar kəndində baş tutacağı qeyd olunub:

"Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonu Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.

Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, "vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində 15 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumat yayılmışdı. 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az