Azərbaycanda ət BAHALAŞDI - QİYMƏTLƏR

Azərbaycanda ət BAHALAŞDI - QİYMƏTLƏR

Azərbaycanda mal və quzu əti bahalaşıb.

Miq.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, yanvar ayının ilk on günlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10.5-11 manata satılıb.

Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.

Sayt əməkdaşları məsələni dəqiqləşdirmək üçün Bakıda ət satışı ilə məşğul olan bir neçə ət satışı məntəqələrində olub. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.

Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az