Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin oğlu hərbi xidmətə yollanıb.
Miq.az Modern.az-a istinadla xəbər verir ki, Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb.
O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən "N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb.
2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?