Azərbaycanda müəmmalı ölüm hadisəsi olub
Ana oğlunun cansız bədənini evinin qarşısında görüb
Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində müəmmalı ölüm hadisəsi baş verib. İstipress-in Qarabağ bürosu xəbər verir ki, kənd sakini Leyla Həsənova təqribən 21:30 radələrində həyətə düşərkən pilləkanın yaxınlığında oğlunun cansız bədəni ilə qarşılaşıb. Hadisə barədə hüquq mühafizə orqanlarına xəbər verilib. 1994-cü il təvəllüdlü Şəmistan Sevindik oğlunun hansı səbəbdən vəfat etdiyi araşdırılır.
Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə ölümündən bir neçə saat əvvəl kənddə Şəmistanla qarşılaşıblar. Səhhətində hansısa problem olduğu ilə bağlı məlumatları olmayıb. Hadisə baş verən vaxt isə evdə mərhumun anası və bacısı olub. Ölümün dəqiq səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Miq.Az