Azərbaycanda müğənni olmaq istəyən qadın ərini bıçaqladı

Azərbaycanda müğənni olmaq istəyən qadın ərini bıçaqladı
Kişi həyat yoldaşının səhnəyə çıxmasına etiraz edib

Xırdalanda bıçaqlanma hadisəsi baş verib. Miq.az-ın "report"a istinadla verdiyi məlumata görə, hadisə Quşçuluq massivi – 2 ünvanında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayılov Sadiq İsmayıl oğlu həyat yoldaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Buna səbəb S.İsmayılovla həyat yoldaşı arasında yaranmış mübahisə olub. Zərərçəkən polisə verdiyi ifadəsində bildirib ki, onunla həyat yoldaşı arasında mübahisəyə səbəb xanımının müğənni olmaq iddiası olub.

S.İsmayılov buna etiraz edib. Nəticədə tərəflər arasında dava baş verib. O, dava zamanı bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az