Azərbaycanda prokuror oğlu “patı” satarkən yaxalandı

Azərbaycanda prokuror oğlu “patı” satarkən yaxalandı

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda "patı” satarkən yaxalanıb.

Miq.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı "Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər "patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az