Azərbaycanda qadın xalatı ilə silsilə oğurluqlar edən şəxs saxlanılıb
Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.
"Report”un Aran bürosu xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
İlkin dindirilmə zamanı məlum olub ki, Ə.Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan "Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.
Miq.Az