Azərbaycanda silahlı insident - iki nəfər güllələndi

Azərbaycanda silahlı insident - iki nəfər güllələndi
Hər iki yaralının vəziyyəti orta ağırdır

Şəmkir rayonunda silahlı insident olub. İstiPress-in Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.
Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.
Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.
Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Şəmkir Rayon Polisi Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az