Azərbaycanlı ilə erməni Rusiya çempionunu necə öldürdü?

Azərbaycanlı ilə erməni Rusiya çempionunu necə öldürdü?
Rusiyada məşhur idmançı İvan Stanini qətlə yetirən şəxsin kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə İstintaq İdarəsi idmançının ölümündə 29 yaşlı İslam Əliyevin şübhəli bilindiyini açıqlayıb. Həmin şəxs barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və o, 30 yaşlı Arsen Arakelyanla birlikdə federal axtarışa verilib.

Hadisə 2015-ci ilin martında baş verib. Onlar arasında düşən münaqişə nəticədə İ. Əliyev İ. Staninə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra o, İ. Staninin dostunu döyərək Arsen Arakelyanla birlikdə "İnfiniti" maşınında hadisə yerindən qaçıb.

Rusiyalı idmançı hadisə yerində ölüb, dostu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İ. Stanin qaydasız döyüş növü üzrə tanınmış idmançılardan sayılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az