Azərbaycanlı satıcı pulsuz şaurma istəyəni öldürdü

Azərbaycanlı satıcı pulsuz şaurma istəyəni öldürdü

Rostovda azərbaycanlı satıcı ondan şaurmanı pulsuz tələb edən kişini öldürüb.

Rusiya mediasının yaydığı məlumata görə, hadisə noyabrın 19-da baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, gündüz bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.

Qalmaqala səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.

Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb. Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.

Polis hazırda cinayətkarı axtarır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az