"İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirəcək.
Bu barədə "İraq Hava Yolları” məlumat yayıb. Bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq. İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tağşırığına əsasən "İraq Hava Yolları” sentyabrın 22-dən həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən "İraq Hava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.
Həmçinin qeyd olunub ki, "İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL