Bakıda 22 yaşlı gənc özünü 7-ci mərtəbədən atdı

Bakıda 22 yaşlı gənc özünü 7-ci mərtəbədən atdı

Bakıda 22 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib. Miq.az Lent.az-ın məlumatına istinadən bildirir ki, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan, 1996-cı il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.
 
Yaxınlarının bildirdiklərinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbəbdən həyatına son qoymaq istəyib.
 
Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az