Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

"Qafqazinfo”-nun verdiyi məlumata görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az