Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur.
Miq.az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi: "Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu - avqust ayının əvvəli qiymətlər düşməyə başladı".
Ekspertin sözlərinə görə, qiyməti 15 min manata qədər olan avtomobillərin qiyməti 12-20 faiz, dəyəri 15 min manatdan yuxarı olanlarda isə qiymət 10 faizə qədər azalıb.
V.Hüseynov bildirib ki, hazırda bazarda durğunluq var, bu da onunla əlaqədardır ki, yay aylarında insanlar məzuniyyətə çıxır, bazarda tələb azalır.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?