Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava

Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava

Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub.

"Report” xəbər verir ki, hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib.

Dava nəticəsində 4 nəfər – iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı – hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi 30-cu bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az