Bakıda beşmərtəbəli yaşayış binasında yanğın həyəcanı
Ötən gecə Bakıda yaşayış binasında yanğın baş verib.
Miq.Az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanğın Nərimanov rayonunda beşmərtəbəli binada baş verib.
Həmin binada yaşayan vətəndaşa məxsus, ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Miq.az