Bakıda DƏHŞƏTLİ QƏTL: Ər hamamda arvadının başını kəsdi

Bakıda DƏHŞƏTLİ QƏTL: Ər hamamda arvadının başını kəsdi

Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Miq.Az xəbər verir ki, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.
Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az