Bakıda güclü partlayış oldu-İstehsal müəssisəsində

Bakıda güclü partlayış oldu-İstehsal müəssisəsində

Partlayışın gücündən 400 metr aralıdakı daş hasar uçub.

Gecə saatlarında paytaxtda partlayış müşahidə edilib. Bədbəxt hadisə istehsal müəssisəsində baş verib./Ans Press/

Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.
[video=http:// ]
Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az