Bakıda iki qızın özlərini körpüdən atmaq cəhdinin qarşısı alındı

Bakıda iki qızın özlərini körpüdən atmaq cəhdinin qarşısı alındı

Paytaxtda iki qız ətrafdakıları özlərini "Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib.

Məlumatı virtualaz.org-a hadisənin şahidləri veriblər.

Məlumata görə, hadisə yerinə çoxlu polis və FHN əməkdaşları gəlib.

Amma hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları informasiyanı təsdiq etməyiblər. Onlar bununla bağlı hər hansı şərh verməkdən də imtina ediblər.

Şahidlərin sözlərinə görə isə qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az