Bakıda iki sərnişin avtobusu toqquşdu - Xeyli sayda yaralı var - FOTOLAR

 Bakıda iki sərnişin avtobusu toqquşdu - Xeyli sayda yaralı var - FOTOLAR

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Miq.Az Reporta-a istinadən bildirir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

7A avtobusun sürücüsü Çingiz Salamov "Report"a bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.


Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az