Bakıda intihar edən 23 yaşlı qız hələ də dəfn edilməyib

Bakıda intihar edən 23 yaşlı qız hələ də dəfn edilməyib
Gənc qızın intiharı ilə bağlı məlumat toplamaq çətinləşib 

Fevralın 15-dən 16-na keçən gecə Bakı şəhəri Xətai rayonu ərazisində intihar edən Moldova vətəndaşı, 23 yaşlı Quriya Qlofira hələ də dəfn edilməyib. Lent.az-ın məlumatına görə, özünü Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli binadan atan gənc qızın meyiti Xətai rayon morqundadır. Ailəsi onu Moldovada dəfn etmək istəsə də, meyiti aparmağa maddi imkanları çatmır.
 
Bu arada Q.Qlofiranın ailə üzvləri intiharla bağlı dindiriliblər. Onlar istintaqa ziddiyyətli ifadələr veriblər. Belə ki, yeni ailə həyatı quraraq Bakıya gələn və burada ərinin ailəsi, eləcə də digər qohumları ilə birgə yaşayan qızın bəzi qohumları onun evdə incidildiyini, bəziləri isə onun başqası ilə münasibətinin olduğunu iddia edib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az