Bakıda kütləvi dava – 1 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava – 1 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.
"Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az