Bakıda metronun qarşısında DƏHŞƏTLİ OLAY

Bakıda metronun qarşısında DƏHŞƏTLİ OLAY

Bakıda bıçaqlanma hadisəsi baş verib. Miq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 12-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Fərman Mustafayev münaqişə zəminində paytaxt sakini Namiq Qaralovun müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib. N.Qaralov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
Verilən məlumata görə, F.Mustafayev artıq tutulub. Məlum olub ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında baş verib və N.Qaralova ümumilikdə 12 bıçaq zərbəsi endirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az