Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi "Daewoo" markalı 60 saylı xətt avtobusu ilə yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub. İ.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az