Bakıda sevgilisinin həbs etdirdiyi biznesmen azadlığa çıxdı

Bakıda sevgilisinin həbs etdirdiyi biznesmen azadlığa çıxdı
Bakıda sevgilisinin şikayəti əsasında həbs edilən biznesmen azadlığa buraxılıb.

Vəkil Adəm Məmmədovun Oxu.az-a   verdiyi məlumata görə, hüquqlarını müdafiə etdiyi Mirzəyev İlqar Sahib oğlu AR CM-nin 182.3.2-ci maddəsi ilə ( hədə-qorxu ilə tələb etmə, 10 ildən 15-dək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur) ittiham edilərək həbs olunmuşdu: "B. Mehriban adlı xanım  bildirib ki, sevgilisi olan Mirzəyev İlqar Sahib oğlu  guya onu şantaj edərək 100 min ABŞ dolları dəyərində avtomobilini və hər ay 3 min manat pul verməsini tələb edib. Vəsatətim əsasında onların arasında üzləşdirmə istintaq hərəkəti keçirildi və  Mehriban adlı qadını ifşa edərək qeyri-səmimi olduğu aşkara çıxarıldı. Həmçinin, üzləşdirmə zamanı qadın verilən suallara cavab tapmayaraq, istintaq hərəkətini yarımçıq qoyaraq, pərt vəziyyətdə çıxıb getmişdi. Dünən hüquqlarını müdafiə etdiyim və 8 ay həbsdə saxlanılan M.İlqar müstəntiqin qərarı ilə azadlığa buraxıldı. M.İlqarın təqsirsiz olduğunu sübuta yetirdim”.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az