Bakıda toqquşan "Mercedes"lər yandı

Bakıda toqquşan

Bakıda metronun "20 Yanvar" metro stansiyasının yaxınlığındakı tuneldə qəza baş verib. Miq.az anspress-ə istinadən xəbər verir ki, iki "Mersedes" markalı avtomobil toqquşub.

Sumqayıtdan şəhər istiqamətinə gələn tunelin içində baş verən qəza zamanı hər iki avtomobil alovlanıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanan avtomobillərin alovu tünelin içini bürüyüb. Qəzanın səbəbi və kimin günahkar olduğu barədə məlumat verilmir.

Qəza nəticəsində həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bir müddət əvvəl həmin ərazidə zəncirvari qəza baş verib. Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı tuneldə baş verən qəza zamanı 12 maşın toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az