Bakıda uşaq bağçası yandı - 6 nəfər xilas edildi

Bakıda uşaq bağçası yandı - 6 nəfər xilas edildi
Bakıda uşaq bağçası yanıb.

Miq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az