Yol polisi Bakıda rayon qeydiyyatı ilə avtomobil sürən sürücülərə qarşı tədbirlərə başlayıb.
Vətəninfo.az-ın Lent.az-a istinadla məlumatına görə, yol polisi Bakıda anadan olmuş şəxslərə də güzəşt etmir və avtomobil əgər paytaxt qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsinin şəhərdən çıxarılmasını tələb edir. Sürücülər isə Bakıda yaşadıqlarını, burada qeydiyyatda olduqlarını əsas gətirərək bu tələblə razılaşmırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, Bakıda avtomobil idarə edən şəxslər nəqliyyat vasitələrini mütləq öz adlarına səndələşdirməlidirlər. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq: "Maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir. Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi artıq mümkün olmayacaq. Sürücü maşını öz adına keçirdikdə, həm də yeni nömrə almış olacaq və problem birdəfəlik həll ediləcək. Belə hallara tez-tez rats gəlinir. Ümumiyyətlə, rayon qeydiyyatlı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı narazılıqlar var. Amma bu prosesdən razılıq edənlərin sayı narazılardan 100 dəfələrlə çoxdur".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”