Bakıda zəncirvari yol qəzası- 2 nəfər ölü, 1 nəfər yaralı

Bakıda zəncirvari yol qəzası- 2 nəfər ölü, 1 nəfər yaralı

Bakıda zəncirvari yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin digər iki "Mercedes" ilə toqquşması nəticəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürüsü, digəri isə sərnişini olub. Yaralanan şəxs isə yol kənarında duran piyada olub. O, zərbənin gücündən əvvəlcə ağaca, sonra isə reklam lövhəsinə çırpılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Əraziyə 4 "təcili yardım" maşını və polis əməkdaşları cəlb olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az