Paytaxtın Bakıxanov qəsəbəsində dəhşətli intiharla bağlı yeni xəbərlər gəlməkdədir.
Vizual.azAxar.az-a istinadən xəbər verir ki, 25 yaşlı ana - Ayişə Dadaşovanın özünü yaşayış binasının 19-cu mərtəbəsindən atmasına səbəb ərinin valideynləri tərəfindən qəbul edilməməsi olub.
Ayişənin üç yaşlı övladı olsa da, ailə qurduğu gündən intihara qədər həyat yoldaşının valideynləri onu istəməyiblər.
Məlumata görə, Ayişənin yoxsul ailənin övladı olması ərinin imkanlı valideynləri üçün arzuolunmaz amilə çevrilib. Bu da ailədə uzunmüddətli mübahisələrə gətirib çıxarıb.
Deyilənə görə, Ayişə ilə əri bir-birini sevərək ailə qurublar. Oğlan onu ailəsinə qəbul etdirə bilmirmiş. Ancaq Ayişəni sevdiyi üçün ailəsinə qarşı çıxaraq onunla evlənib. İmkanlı ailənin övladı olsa da, o, kirayədə yaşamalı olub.
Xəbərə görə, onların arasında mübahisələr böyüməyə başlayıb. Amma Ayişənin intihar edəcəyi ərinin ağlına da gəlməyib.
Qeyd edək ki, Ayişə Yavər Əliyev küçəsindəki "Uğur-2” yaşayış binasına çıxaraq özünü atıb. Övladının ondan alınacağına görə bu addımı atdığı deyilir. Bu ailənin Komsomol dairəsi ərazisində kirayədə yaşadığı bildirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL