“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel”) Sumqayıtda əməliyyat keçirib.

DİN mətbuat xidmətindən Vizual.az-a verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd "AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd "BORS” markalı avtomat silah və 1 ədəd "F-1”qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az