MTN işi: Reyestr xidmətində yoxlamalar başlandı

MTN işi: Reyestr xidmətində yoxlamalar başlandı

İddia olunur ki, yoxlamalar nəticəsində ortaya "MTN işi"nə bərabər, səs küylü bir korrupsiya və rüşvət işləri çıxa bilər

Vizual.az məlumat verir ki, Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və Əmlak Məsələləri üzrə Komitə sədri Kərəm Həsənovun son 5 ildə həyata keçirtdikləri fəaliyyətlərini bütün detallarına qədər araşdırmağa başlayıblar.

Bu barədə AzFakt.com-a özəl mənbələrdən daxil olan məlumata görə, hazırda Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Əmlak Məsələləri Komitəsi yanında Dövlət Reyster Xidmətinin fəaliyyətini yoxlamağa başlayıb. Məsələ ilə bağlı saytımızı məlumatlandıran mənbənin iddiasına görə Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və Əmlak Məsələləri üzrə Komitə sədri Kərəm Həsənovun son 5 ildə həyata keçirtdikləri fəaliyyətlərini bütün detallarına qədər araşdırmağa başlayıblar. Yoxlamalar əsasən özəlləşdirmə maxinasiyalarını, qanunsuz topraq sahiblərinə verilən əmlak pasportlarını, saxta arayılşları və çıxarışları əhatə edir.

Mənbəmiz iddia edir ki, Korrupsiyaya Qarşı Mübarizə idarəsinin həyata keçirtdiyi yoxlamada ortaya "MTN işi"nə bərabər, səs küylü və qalmaqallı korrupsiya və rüşvət işləini çıxarıla bilər. Əgər aparılan yoxlamar sona qədər davam etsə, o zaman "Dövlət Əmlak komitəsinin sədri Kərəm Həsənov, müavini Rüstəm Şahbazov və Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov dövlət əmlaknını mənimsəməkdə, kütləvi şəkildə korrupsiya əməlləri törətməkdə ittiham oluna bilərlər.

Məlumatlı mənbəmiz bildirir ki, aparılan ilkin yoxlamadan artıq Kərəm Həsənov və komandası təşviş içində düşüblər. Ehtimallara görə yoxlamalar dərinə getsə, komitə sədri və onun komandasının aqibəti heç də Eldar Mahmudovun aqibətindən fərqlənməyəcək.

Başqa bir iddiaya görə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov son bir neçə il ərzində prezident tərəfindən vəzifəsindən çıxarılan sabiq Milli Təhlükəsizlik nziri Eldar Mahmudovun komandasında təmsil olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az