Bayden yanına daha bir erməni gətirdi - O, “mavi”lərlə məşğul olub...-FOTO

Bayden yanına daha bir erməni gətirdi - O, “mavi”lərlə məşğul olub...-FOTO
Bundan öncə Hayk Hacınazaryan Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edilib... 

Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Co Bayden daha bir ermənini özünə müşavir təyin edib.

Moderator.az xəbər verir ki,  "Washington Post” qəzetinin yazdığına görə, Ceff Marutyan Prezident administrasiyasında iqlim problemləri ilə məşğul olan komandanın üzvü olacaq.

İndiyədək bu erməni Kolumbiya dairəsində nəqliyyat departamentinin rəhbəri vəzifəsini icra edib. Bundan sonra Marutyan İqlim və Elm agentliyində Prezidentin xüsusi köməkçisi kimi çalışacaq.

C.Marutyanın bundan əvvəl Baydenin keçid komandasında çalışdığı qeyd olunur. O, Demokratlar Partiyasının seçki kampaniyasında partiyaya dəstək vermiş "LGBT”(cinsi azlıqların təşkilatı) ilə əlaqə üzrə milli komitəsinə rəhbərlik edib.

C.Marutyan Barak Obama administrasiyasında çalışdığı müddətdə ABŞ Nəqliyyat Nazirliyində bir vəzifə tutub. 

Xatırladaq ki, bundan əvvəl Co Bayden  erməni əsilli Hayk Hacınazaryanı Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edib. 

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az