Bəxtiyar Hacıyev və Əvəz Zeynallının azad olunması xahişi ilə Prezidentə müraciət edildi

Bəxtiyar Hacıyev və Əvəz Zeynallının azad olunması xahişi ilə Prezidentə müraciət edildi

Bir qrup QHT rəhbəri həbsdəki siyasi fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallının azad olunması xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.
Miq.Az Gununsesi.info-ya istinadla həmin müraciəti təqdim edir:

Sizə Azərbaycan cəmiyyətinin ictimai sektorunun nüfüzlu nümayəndələri olan ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallı ilə əlaqəli müraciət edirik.

Bildiyiniz kimi, ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallıya qarşı cinayət işi açılıb, istintaqın təqdimatına əsasən məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallı rüşvət, Bəxtiyar Hacıyev xüliqanlıqda ittiham edilirlər.

Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər; hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik.

Qeyd edək ki, müraciəti 50-yə yaxın QHT rəhbəri və jurnalist imzalayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az