Azərbaycan Beynəlxalq Bankı yeni fəaliyyət strategiyasına uyğun olaraq istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində növbəti addımını atıb.
Bankdan verilən məlumata görə, bankın müştərilərə təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələri 19%-ə qədər endirilib. Faiz dərəcələrinin azaldılması həm Azərbaycan Beynəlxalq Bankının maaş və ya pensiya kartına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir. Kreditlər 12 aydan 36 ayadək müddətə verilir. Kreditin məbləği və faiz dərəcələri məhsulun növündən və müddətindən asılı olaraq dəyişir. Belə ki, Bankın maaş və ya pensiya kartı sahibləri maksimum 15.000, yeni müştəriləri isə 10.000 manatadək kredit ala bilərlər. Kreditin rəsmiləşdirilməsi zamanı cəmi 1% komisyon haqq tutulur. Kreditlər Azərbaycan Beynəlxalq Bankının bütün filiallarında verilir.
Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”