Bu məhsulların qiyməti bahalaşdı

Bu məhsulların qiyməti bahalaşdı
Bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb

Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb.
Ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az