Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva yenidən dünya mediasının gündəmindədir.
Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, İngiltərənin "Daily Mail” nəşri son 10 ildə Londonun məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərcləyən Hacıyevanın iti ilə çıxdığı gəzintinin xərcinin hesablayıb. Qəzetin fotoqrafları villasının qarşısında itini gəzdirən Hacıyevanın fotolarını çəkiblər.
Belə ki, Z.Hacıyeva gəzinti üçün dəyəri 10 min funt sterlinq (təxminən 14.151 AZN ) olan "Hermes” çantası taxıb.
Xanımın geyindiyi "Gucci Ace” brendinə məxsus idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1360 AZN).
"Gucci” brendinə məxsus idman şalvarının qiyməti 290 funt sterlinq (təxminən 1153 AZN).
"Miu Miu” günəş eynəyi isə 290 funt sterlinq (təxminən 631 AZN) dəyərindədir.
Nəşri itin qiymətini də hesablayıb. Belə ki, Hacıyevanın itinin dəyəri təxminən 21 770 AZN-dir. 55 yaşlı Hacıyeva ev heyvanına altı ildə təxminən 20 min AZN xərcləyib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?

