Azərbaycanın energetika naziri Natiq Əliyev I Avropa oyunlarının açılış mərasimində iştirakı çərçivəsində Bakıda səfərdə olan Norveçin “Statoil ASA” neft və qaz şirkətinin yeni prezidenti və baş icraçı direktoru Eldar Saetreni qəbul edib.
Vətəninfo.az "APA-Economics”ə istinadən xəbər verir ki, verilən məlumata görə, görüşdə N. Əliyev “Statoil” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku, “Şahdəniz”, “Abşeron” qaz yataqları, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaş kimi fəaliyyətini xatırladıb. O bildirib ki, dünyaya xam neftin, Avropaya isə qazın əsas ixracatçılarından biri olaraq “Statoil”in təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir.
N. Əliyev “Cənub Qaz dəhlizi” vasitəsilə Avropanın qaz təchizatının yaxşılaşdırılacağını diqqətə çatdırıb. Bildirib ki, bu dəhlizlə əlavə olaraq İran, İraq və İsrail qazının nəqli planlaşdırılır.
E. Saetrei isə beynəlxalq qaz bazarlarındakı mövcud vəziyyətdən danışaraq qeyd edib ki, hazırda Avropa üçün enerji təhlükəsizliyinin təminatı və qaz asılılığının azaldılması prioritet məsələdir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL