Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı
ABŞ-dan sonra Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Miq.az AzVision.az
-a istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, İsrail və Fələstin arasında sülh sazişi imzalanana qədər Qüdsün qərbi İsrailin paytaxtı kimi tanınacaq. 

"Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi isə ancaq bölgədə və dünyadakı müttəfiqlərlə keçiriləcək görüşlərin nəticələrinə əsasən qərara alınacaq”, - deyə qeyd olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az