Deputatlar tətildən qayıtdı - İlk iclasın vaxtı

Deputatlar tətildən qayıtdı - İlk iclasın vaxtı

Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il sentyabrın 30-u cümə gününə təsadüf etdiyindən həmin gün parlamentin payız sessiyasının ilk iclası keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az