Bakıda üzərində ingilis dilində əxlaqsız sözün yazıldığı köynəklər satılır.
Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, sinəsində əxlaqsız ifadənin – "Fuck happens” sözlərinin yazıldığı qolsuz və qollu köynəklərin ölçüsünün kiçik olması bu geyimlərin, əsasən, gənclər və yeniyetmələr üçün nəzərdə tutulduğunu göstərir.
Təəssüf ki, artıq bu geyimlərdən istifadə edənlər var. Bir neçə məktəbli "Fuck happens” köynəkləri ilə şəhərdə gəzir. Onların bəzilərinin əllərində dəftər və kitabların olması bu yeniyetmələrin hətta bəzilərinin abituriyent olduqlarını göstərir.
Əməkdaşımız həmin gənclərdən birindən əynindəki köynəyin üzərinə yazılmış sözlərin mənasını bilib-bilmədiyini soruşub. Məktəbli həmin sözləri tərcümə edərək buna normal yanaşdığını deyib. Lakin köynəyi hansı geyim mağazasından aldığını deməkdən imtina edib.
Araşdırma zamanı məlum oldu ki, bu köynəklər Avropanın bir sıra ölkələrində geniş yayılıb.
Qeyd edək ki, bu yaxınlarda orta məktəblərdən birinin müəllimi də məktəbə üzərinə "Sex” yazılmış köynəklə gəlmişdi. Onun sosial şəbəkələrdə yayılmış fotosu geniş müzakirələrə yol aşmış, narazılıqla qarşılanmışdı.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”