DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir.
Bu barədə jurnalist Aygün Muradxanlı məlumat yayıb. O bildirib ki, hazırda əməliyyatçılar Komitənin inzibati binasındadırlar.
Əməliyyat zamanı artıq bir neçə nəfər saxlanılıb. Hazırda binada axtarışlar aparılır. Əməliyyatın korrupsiya hüquqpozmaları ilə bağlı keçirildiyi bildirilir.
Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir.
Xatırladaq ki, bir müddət öncə Naxçıvan DTX ləğv edilərək Respublika DTX-yə birləşdirilib. Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzi qaydada idarə olunacağına dair iddialar var.
Fotoda: Səhət Həbibbəyli
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalar başladıb.
Hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilir. Binada axtarışlar aparılır.
Naxçıvan Gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan hüquq mühafizə orqanları Naxçıvan dövlət orqanlarında araşdırma aparır.