Dünyanın səkkizinci möcüzəsinin dəqiq yeri məlum oldu

Dünyanın səkkizinci möcüzəsinin dəqiq yeri məlum oldu
Vulkanın püskürməsi nəticəsində dağılıb

Tədqiqatçı Reks Bann və Yeni Zelandiyanın Milli kitabxanasının əməkdaşı Saşa Holden dünyanın səkkizinci möcüzəsinin dəqiq yerini müəyyənləşdiriblər. 

Miq.az-ın Oxu.Az-a istinadən məlumatına görə, müvafiq məqalə "Journal of the Royal Society of New Zealand” jurnalında dərc edilib.

Tədqiqatçılar "Çəhrayı və Ağ terraslar”ın (Otukapuaranqi) dəqiq yerini müəyyənləşdirməyə çaılışıblar. Bunun üçün onlar xəritəçi Ferdinand fon Xoştetterin 1859-cu il yazılarını öyrəniblər, həmçinin 1886-cı ildə baş verən hadisələri araşdırıblar.

Bann və Holden belə qənaətə gəliblər ki, "Çəhrayı və Ağ terraslar” Yeni Zelandiya ərazisində yerləşən Şimal adasında Rotomahana gölündən 9-15 metr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünyanın səkkizinci möcüzəsi 1886-cı ildə Taravera vulkanın püskürməsi nəticəsində dağılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az