Dünyanın son ağ gərgədanı xəstələndi, iynə vurub öldürdülər
Kenyada fəaliyyət göstərən vəhşi təbiəti qoruma fondu Ol Pejeta Sudan adlı ağ gərgədanın yaşının verdiyi problemlər səbəbindən martın 19-da öldüyünü açıqlayıb.
Qaynarinfo xəbər verir ki, fondun yaydığı açıqlamada Sudanın son 24 saat ərzində keçirdiyi xəstəlik səbəbindən çox acı çəkdiyi, buna dözə bilmədikləri üçün gərgədanı iynə vurmaqla rahat şəkildə ölməsinə şərait yaratdıqları bildirilir.
Ol Pejetanın baş katibi bunları deyib: "Ol Pejeta ailəsi olaraq, Sudanın ölümü bizi yasa boğdu. O, öz nəsili üçün mükəmməl bir elçi idi. Sudan insanların etdikləri səbəbindən nəsli tükənmək təhlükəsi altında olan bütün heyvanlar üçün beynəlxalq fərq yaratdı".
Qeyd edək ki, Sudan dünyanın son ağ erkək gərgədanı idi. O 45 yaşında ölüb.
Miq.Az