“Dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməz” –QÜDRƏT HƏSƏNQULİYEV

“Dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməz” –QÜDRƏT HƏSƏNQULİYEV

"Siyasi partiyalar haqqında qanun iki dəfə ictimai dinləmədə müzakirə edilib, kifayət qədər təkliflər irəli sürülüb. Bir sıra təkliflər nəzərə alınıb və layihədə var. Ancaq bəzi məsələlər qaldırmışdım və onlar nəzərə alınmayıb”.

Bunu Milli Məclisdə "Siyasi partiyalar haqqında” qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O, bəzi təkliflərini yenidən irəli sürüb: "Məsələn, 30.1-ci maddə olduğu kimi saxlanılıb. Halbuki bu, partiyaların üzərinə konkret öhdəliklər qoyur. Məsələ qaldırmışdım ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü ola bilməz, amma burada dövlət qulluğunun xüsusi qulluqçuları nəzərə alınır. Mən hesab edirəm ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü olmamalıdır.

Bundan başqa, 13 və 14-cü madələr qanun layihəsindən çıxarılmalıdır. Çünki burada faktiki, partiyanın necə idarə edilməsinə göstəriş verilir. Elə partiya var ki, həmsdərlik institutu ola bilər. Mən hesab edirəm ki, xırdalıqlara getmək düzgün deyil. Eləcə də, yerli təşkilatlar məsələsi olduqca vacibdir. Ölkə miqyasında partiya yaranırsa, heç olmnasa, 50 rayonda təşkilatı olmalıdır. Həm də partiyanın mərkəzi qərargahının paytaxtda olması vacib məsələdir”.

Qüdrət Həsənquliyev partiya üzvlərinin mobil telefonlarının daxil edilməsi məsələsinə də etiraz edib, bildirib ki, bu, hər kəsin şəxsi işi kimi götürülməlidir: "Partiyaların maliyyələşməsi məsələsinə də diqqət çəkmək istərdim. Xüsusilə, 25.2.2 maddədə ayrılan maliyyənin 40 faizinin siyasi partiyalar arasında bərabər bölünməsi təklif edilir. Niyə 40? Mən təklif edirəm ki, 60 faizi bölünsün, 30 faizi də kimin daha çox deputat yeri varsa, onların arasında bölünsün”.

BAXCP sədri, deputat Həsənquliyev qanun layihəsinin plenar iclasa çıxarılmasına səs verəcəyini bildirib, əlavə edib ki, qanunları qəbul edəndə ölkədəki ictimai münasibətlər nəzərə alınmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az