Qətərdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 15-də paytaxt Doha şəhərində bu ölkənin aparıcı media qurumlarına müsahibələr verib. Dohada keçirilən beynəlxalq konfransa qatılan hüquq müdafiəçisi Əhməd Şahidov Qətər Dövlət Xəbər Agentliyi və "Qatar Tribune”, "Urdu Post”, "Al Arab” qəzetlərinin əməkdaşlarının suallarını cavablandırıb.
Qətər Milli İnsan Haqları Komitəsi tərəfindən təşkil olunan "Nifrət və ekstremizmlə mübarizə” adlı beynəlxalq konfransı yüksək qiymətləndirən ADİHİ rəhbəri dünyada baş verən prosesləri qiymətləndirib, müsəlman ölkələrinin üzləşdiyi haqsızlıqlardan danışıb. Azərbaycanın da üzləşdiyi ikili standartlar barədə söz açan Əhməd Şahidov Dağlıq Qarabağın işğalı faktını qabardıb, bir milyon qaçqının öz ata-baba yurdundan didərgin düşdüyünü və Azərbaycana yönəlmiş ədalətsiz qərarlardan danışıb.

Qətərli jurnalistlərin suallarını cavablandıran Əhməd Şahidov müsəlman dünyasının birgə fəaliyyətinin zəruriliyini vurğulayıb və Qətərin də bu işdə təşəbbüsü ələ almasını istəyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL