Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə başlanan istintaqdan bir nəfər yayına bilib.
Qafqazinfo bir neçə gün öncə həmin şəxsin kimliyini öyrənib açıqlamışdı. Bu gün Azərbaycan tərəfindən həmin şəxs "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa verilib.
1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun "İnterpol”un saytında rüşvətxorluğa görə axtarışa verildiyi qeyd olunub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən "xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.
Akif Mustafayevin Eldar Mahmudov vəzifəsindən azad olunan günün səhərisi Fransaya uçduğu bildirilir. O həm də birbaşa Eldar Mahmudovun özü ilə işləyirmiş.
A.Mustafayev MTN işçisi olmayıb, sabiq nazirin yaxın adamı olan iş adamı kimi tanınıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL