Faciənin səhəri növbəsi başa çatacaqdı - Foto

Faciənin səhəri növbəsi başa çatacaqdı - Foto

"Günəşli” yatağındakı faciədə həlak olan neftçilərdən biri haqda məlumatlar əldə etmişik.

Axar.az-a daxil olan xəbərə görə, Ağa Mahmudov İzzət oğlu hadisə zamanı özünü qayığa atarkən dəmirlərin arasına düşüb.

Güclü qasırğa qayığı yerindən oynadıb və A.Mahmudov kənara düşüb.

Onun hadisədən bir gün sonra növbəsinin başa çatdığı və evinə dönəcəyi gözlənilirdi. Mərhum neftçi ilə birlikdə olan Kamran adlı qazmaçı köməkçisi isə qayığa tullanmayıb.

O, qayıqdan qorxduğunu və platformada qalmaq istədiyini, "nə olacaqsa burda olsun” deyib. Həmin neftçi xilas edilib. Mərhumun iki övladı var. Onun Xaçmaz rayonundan olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu özüldə baş verən qəzadan sonra 6 nəfərin cəsədi aşkar edilib.

Bunlar Mahmudov Ağa İzzət oğlu, Tağıyev Fuad Tahir oğlu, Quliyev Fəxrəddin Xancan oğlu, Babayev Mikayıl İsmayıl oğlu, Mayılov Samir Cahangir oğlu və İsgəndərov Habil Tağı oğlunun cəsədləridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az