Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın KM.RU portalına verdiyi müsahibədə Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti şərh edib.
S.Markov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi heç də "dondurulmayıb”. Politoloq deyib: "Ara verməyən hərbi toqquşmalar ona dəlalət edir ki, ilk növbədə, böyük bir kompleks təşkil edən problemləri qismən də olsa həll etməyə imkan verən müvəqqəti həll tapmaq zəruridir. Əlbəttə, bu problemlər arasında ən vacibi azərbaycanlı qaçqınların Dağlıq Qarabağ ətrafında yerləşən, hazırda Ermənistanın nəzarəti altında olan yeddi rayona qaytarılmasıdır”.
S.Markovun fikrincə, ATƏT-in Minsk qrupu öz işini lazımınca yaxşı yerinə yetirmir. O vurğulayıb: "Fikrimcə, buna səbəb odur ki, ABŞ Minsk qrupunun fəallaşmasına imkan vermir”.
S.Markovun sözlərinə görə, Ermənistan blokadanın aradan qaldırılmasında, Azərbaycan isə qaçqınların Dağlıq Qarabağ ətrafındakı rayonlara qaytarılmasında maraqlıdır. O deyib: "Əgər danışıqlar ATƏT-in Minsk qrupu xətti üzrə getmirsə, onları başqa yolla stimullaşdırmaq lazımdır. Bu cür danışıqların təşkil edilməsi üçün ən təbii vasitəçi Rusiya ola bilərdi. Perspektivdə Minsk üçlüyündən (Rusiya, ABŞ, Avropa İttifaqı) əlavə, vəziyyətin sağlamlaşdırılmasına kömək edə biləcək regional üçlük (Rusiya, İran, Türkiyə) formalaşdırmaq mümkündür”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL