Ərdoğan Nazarbayevə zəng elədi

Ərdoğan Nazarbayevə zəng elədi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

"Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər”, - deyə məlumatda bildirilib. Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az